SON XƏBƏRLƏR

NOBEL MÜKAFATI LAUREATI AVROPANI İRANA QARŞI SƏRT SİYASİ SANKSİYALARA ÇAĞIRIB

2021.10.20, 07:36
NOBEL MÜKAFATI LAUREATI AVROPANI İRANA QARŞI SƏRT SİYASİ SANKSİYALARA ÇAĞIRIB

Gunaz.tv
Şirin İbadi Brüssel səfərində olan iranlı hüquq müdafiəçisi, sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi jurnalistlərə açıqlamasında Avropa Birliyi ölkələrini iyunun 12-də keçirilmiş seçkinin nəticələrini ləğv etmək, seçkini yenidən keçirməsi, xalqa qarşı qanlı repressiyaları dayandırması üçün Tehrana qarşı diplomatik və siyasi təzyiqləri artırmağa çağırıb. Ş.İbadi Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Havyer Solanadan vətəndaşlarını kütləvi şəkildə həbsxanaya salan, qətlə yetirən İran hökumətinə etiraz bildirməsini tələb etdiyini bildirib: “Avropa ölkələri birgə siyasi və diplomatik tədbirlərlə İran hökumətinin öz vətəndaşlarının dinc etiraz aksiyalarına qoyduğu qadağa və məhdudiyyətlərə etiraz sərgiləməlidir”. Ş.İbadi Avropa ölkələrinə İranla diplomatik münasibətlərini minimuma endirməyi təklif etdiyini vurğulayıb: “İqtisadi sanksiyalardan xalq ziyan çəkir. Mənim istədiyim odur ki, hər şeydən əvvəl İrana qarşı siyasi təzyiq və sanksiyalar gücləndirilsin. Nə qədər ki, İran İslam Respublikasının rəhbərləri xalqı əzməyi davam etdirir, prezident seçkisi yenidən keçirilməyib, Avropa Birliyi rəsmiləri İran rəsmiləri ilə hər hansı görüş və müzakirədən imtina etməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar