SON XƏBƏRLƏR

Ermənistan-İran dəmiryolu xətti layihəsinə dair müzakirələr gecikəçək

2021.10.20, 07:36
 Ermənistan-İran dəmiryolu xətti layihəsinə dair müzakirələr gecikəçək

Gunaz.tv
Qalmaqallı prezident seçkisindən sonra İranda yaranmış qeyri-sabit vəziyyət bu ölkənin xarici siyasətində müəyyən əlavə problemlər yaratmaqla qalmamış, ümumilikdə bölgə ilə bağlı müəyyən layihələrin reallaşdırılması prosesinə də mənfi təsir etmişdir. Ermənistan Nəqliyyat və Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin Rəisi Qarik Qriqoryanın verdiyi məlumata görə İyunun sonunda İran-Ermənistan dəmiryolu layihəsi ilə əlaqədar planlaşdırılan müzakirələrin baş tutmayacağı artıq dəqiqiləşib: “İrandakı hadisələrə görə bu ölkənin nümayəndə heyəti müzakirələrə gələ bilmir və bu səbəbdən müzakirələr təxirə salınır”. Xatırladaq ki, İyunun əvvəlində yayılan xəbərlərdə layihəyə Rusiya Federasiyasının da qoşulacağı və müzakirələrdə bu ölkənin rəsmilərinin də iştirak edəcəyi bildirilirdi. Uzun müddətdir gündəmdə olan İran-Ermənistan dəmiryolu layihəsinə dair son sənəd, 2009-cu ilin Aprel ayının 13-14-də Ermənistan Prezidenti Serj Sarkisyanın İran səfəri çərçivəsində İranın Yol və Nəqliyyat Naziri Həmid Bixbaxani ilə Ermənistan Nəqliyyat və Rabitə Naziri Qurqen Sarkisyan arasında imzalanmışdı. Uzunluğunun təxminən 470 km olması nəzərdə tutulan dəmiryolu xəttinin təxminən 1-1.2 milyar dollar xərc hesabına 5 il müddətə başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, bir sıra mütəxəssislər, dəmiryolu layihəsinin nəzərdə tutulduğu ərazilərin coğrafi şəraitini, beynəlxalq maliyyə böhranını və xüsusilə İran və Ermənistanın iqtisadi vəziyyətini əsas gətirərək layihənin baş tutma ehtimalının zəif olduğunu düşünürlər. Belə fikirlər də var ki, bu layihə daha çox Azərbaycan, Gürcüstan və Türkiyəni müəyyən dərəcədə narahat etmək məqsədi ilə ortaya atılıb. Erməni səlahiyyətlilərin bu layihənin Bakı-Tiflis-Qars dəmiryolu xəttinə alternativ olacağı (?) barədə dedikləri fikirlər də bunu dəstəkləyir. Eyni zamanda bu ay baş tutmayacağı dəqiqləşən müzakirələrin Rusiya, İran və Ermənistan nəqliyyat nazirlərinin müavinlərinin iştirakı ilə bu ilin İyul ayının sonuna planlaşdırıldığı elan edilib. Maraqlıdır, yəni İranda vəziyyət o dərəcədə ağırdır ki, onun Nəqliyyat Nazirinin müavini belə qonşu ölkədəki bir tədbirə gedə bilmir, yoxsa layihənin tərəfləri lahiyənin onsuz da reallaşmasının çətin olduğunu düşündükləri üçün sürətlə toplanmağa ehtiyac görmürlər?! araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar