SON XƏBƏRLƏR

Manuçöhr Mottaki İtaliyaya getməyəcək

2021.10.20, 07:36
Manuçöhr Mottaki İtaliyaya getməyəcək

Gunaz.tv
İran G8–in Əfqanıstanla bağlı iclasında iştirakdan itmina etdi İran G8–in Əfqanıstanla bağlı İtaliyada keçirilməsi planlaşdırılan görüşdə iştirak etmək fikrində deyil. Bu barədə Gazeta.ru-nun məlumatına görə, İranın xarici işlər naziri Manuçöhr Mottaki bildirib. “Mən İtaliyaya getməyi planlaşdırmıram”, - deyə Mottaki bildirib. Qeyd edək ki, Çin, Braziliya, Pakistan, Əfqanıstan, Meksika, Hindistan, Misir, Türkiyə, Səudiyyə Ərəbistanı nümayəndələrinin iştirak edəcəyi G8 ölkələrinin xarici işlər nazirlərinin geniştərkibli iclası iyunun 25-27–də Triestde baş tutacaq. Görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri Əfqanıstandakı vəziyyətin nizamlanması olacaq. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar