SON XƏBƏRLƏR

İran adlanan yerdə Mir Hüseyn Müsəviyə təzyiqlər artır

2021.10.20, 07:36
İran adlanan yerdə Mir Hüseyn Müsəviyə təzyiqlər artır

Gunaz.tv
Mir Hüseyn Müsəvi Nəticələri mübahisələrə səbəb olmuş İrandakı prezident seçkilərində 2-ci nəticə göstərmiş Iranın müxalif siyasətçisi Mir Hüseyn Müsəviyə təzyiqlər artır. Bu təzyiq artır ki, c-b Mir Hüseyn Müsəvi seçkinin yekunlarını tanısın. BBC-nin Tehrandakı müxbiri deyir ki, ölkənin mühafizəkar mediası c-b Müsəvinin cəzalandırılmasına çağırmağa başlayıb. C-b Müsəvi asayişi pozan küçə çıxışlarının yaranmasında səbəbkar olmağda, yüksək rəsmilərin təhqir edilməsində, və xarici qüvvələrə işləməkdə günahlandırılıb. BBC müxbirinin sözlərinə görə, Müsəvinin tərəfdarları seçki nəticələrinin saxtalaşdırıldığını hesab etməkdə davam edirlər. Seçkinin nəticələrinə qarşı etiraz nümayişlərini hökümət qüvvələri nəzarətdən çıxmağa imkan vermirlər. Bu arada, seçkilərin rəsmi nəticələrinə əsasən, səsvermədə 3-cü nəticə göstərmiş namizəd Möhsen Rezai, səsvermənin gedişiylə bağlı öz şikayətini geri götürüb. Möhsen Rezai İnqlab Qvardiyasının keçmiş rəhbəridir. O deyib ki, öz borcunu ölkədə siyasi və təhlükəısizlik vəziyyətinin nəzarət edilməsinə yardım göstərməkdə görür. Onun təbirincə, bu məsələ onun üçün seçkilərdən daha vacibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar