SON XƏBƏRLƏR

İrandakı islahatçılar üçgünlük matəm elan edilməsini istəyirlər

2021.10.20, 07:36
İrandakı islahatçılar üçgünlük matəm elan edilməsini istəyirlər

Gunaz.tv
İslahatçı Ayatolla Hüseyn Əli Müntəziri bu gündən başlayaraq üçgünlük milli matəm elan edilməsini istəyib İran hakimiyyəti islalahtçı ruhlu ölkə ruhanilərinin yeni tələbi ilə üz-üzə qalıb. İTAR-TASS-ın məlumatına görə, islahatçılar prezident seçkisinin nəticələrinə qarşı etiraz aksiyası zamanı ölənlərin üçgünlük matəminin saxlanılmasını tələb ediblər. Belə ki, ölkədə yüksək ruhani şəxslərdən biri hesab olunan islahatçı Ayatolla Hüseyn Əli Müntəziri bu gündən başlayaraq üçgünlük milli matəm elan edilməsini istəyib. “Xalqın tələblərinə qarşı müqavimət dinlə qadağan olunur”, deyə Müntəzirinin veb-səhifəsində yerləşdirilən bəyanatda deyilir. Qeyd edək ki, Müntəziri Ayatolla Xomeyninin davamçısı elan olunsa da, o, İran İslam Respublikasının banisi tərəfindən ölümünə az qalmış 1989-cu ildə işdən uzaqlaşdırılıb. Uzun illər ərizində Müntəziri müqəddəs İran şəhəri Qumda ev dustağıdır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar