SON XƏBƏRLƏR

"Həsənləvi" kəndi Azərbaycan turizmi üzrə dünya kəndi siyahısına namizəd oldu

2025.02.25, 19:45
"Həsənləvi" kəndi Azərbaycan turizmi üzrə dünya kəndi siyahısına namizəd oldu

Qərbi Azərbaycan İrsi, Turizm və Əl işləri Planlaşdırma və İnvestisiya İdarəsinin rəhbəri bildirib ki, "Həsənləvi" kəndi 2025-ci il Birləşmiş Millətlər Təşkilatının Turizm Təşkilatı tərəfindən keçiriləcək qlobal turizm yarışmasında iştirak etmək üçün seçilən 8 kənddən biri olub.

Gunaz.tv

Qərbi Azərbaycan bölgəsinin "Həsənləvi" kəndi, bənzərsiz tarixi abidələri və beynəlxalq səviyyədə tanınan təbii cazibələri ilə dünya mirası olaraq qeydə alınmağa layiqdir. Bu kənd, UNESCO-nun dünya mirası siyahısına daxil ola biləcək əhəmiyyətli bir yerə çevrilə bilər.

 

Qərbi Azərbaycanın tarixi kəndləri, ənənəvi memarlığın şah əsəri və Azərbaycan sənətinin təcəssümü olaraq, bu ərazinin zəngin tarixini izah edir. Bu kəndlər özündə minlərlə hekayə saxlayır ki, əgər danışa bilsələr, hər kəsi təəccübləndirər.

 

Bu kəndlər uzun illərdir ki, burada həyat davam edir və bu torpağın tarixini özündə cəmləyib saxlayır. Onlar yalnız qədim memarlıq nümunələrini deyil, həm də çox qiymətli tarixi və təbii cəhətlərə sahibdir. Bir çoxu, beynəlxalq səviyyədə tanınan abidələr, təpələr və təbii cazibə nöqtələri ilə doludur və hər il minlərlə yerli və xarici turistin qonağı olur.

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar