SON XƏBƏRLƏR

Ermənistanda kürd əsilli ailə qətlə yetirilib

2021.10.20, 07:36
Ermənistanda kürd əsilli ailə qətlə yetirilib

Gunaz.tv
Başları kəsilərək öldürülən ailənin PKK terror təşkilatına yardım etdiyi iddia edilir Ermənistanın paytaxtı İrəvanda içərisində 13 yaşlı uşağın olduğu kürd əsilli bir ailənin 4 üzvi qətlə yetirilib. Asterake kəndində qətlə yetirilən ailə üzvlərindən ən böyüyünün 60 yaşı olub. Kənd sakinlərinin sözlərinə görə, şəxsiyyəti bəlli olmayan iki erməni gecə saatlarında ailənin yaşadığı evə basqın edib. "CNN Türk"ün məlumatına görə, başları kəsilərək qətlə yetirilən ailənin PKK terror təşkilatına yardım etdiyi iddia edilir. Polis artıq cinayəti törətməkdə şübhəli bilinən 47 və 51 yaşlı iki nəfəri saxlayıb. Hələlik cinayətin motivləri açıqlanmır. Qeyd edək ki, PKK İran, Türkiyə və Suriya ilə bərabər Ermənistanda da fəaliyyətini genişləndirib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar