SON XƏBƏRLƏR

Musəvi məhkəmə məsuliyyətinə cəlb oluna bilər

2021.10.20, 07:36
Musəvi məhkəmə məsuliyyətinə cəlb oluna bilər

Gunaz.tv
Hökümət nümayəndələri hesab edirlər ki, Tehranda kütləvi çıxışlar milli təhlükəsizliyə xətər yetirə bilər İranın daxili işlər nazirliyi müxalifət lideri Mir Hüseyn Musəvidən etiraz nümayişini dayandırmağı tələb edib. Əks halda onu məhkəmə məsuliyyətinə cəlb oluna bilər. Bu barədə Vesti məlumat verib. Hökümət nümayəndələri hesab edirlər ki, Tehranda kütləvi çıxışlar milli təhlükəsizliyə xətər yetirə bilər. Bununla yanaşı, nümayiş iştirakçıları jurnalistlərə mitinqlərin dağıdılma səhnələrindən ibarət videolar göndərməyə davam edirlər. Tehran kütləvi informasiya vasitələrinin məlumatına görə, etirazlar zamanı 13 nəfər həlak olub. Amma müxalifət mənbələrinin məlumatına görə, ən azı 100 nəfər həlak olub. İranın ali dini rəhbəri Ayatolla Xamenei daha 5 gün müxalifətin şikayətinə baxılmasına razılıq verib. Musəvinin nümayəndələri səsvermə zamanı 600–dən çox pozuntu olduğunu qeyd edirlər. Qeyd edək ki, iyunun 12- də İranda prezident seçkiləri keçirilib. Rəsmi məlumatlara görə, seçkilərdə hazırki prezident Mahmud Əhmədinejad qalib gəlib. Müxalifət isə Musəvinin qalib gəldiyini iddia edir./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar