SON XƏBƏRLƏR

“Traxtor – Sepahan” qarşılaşmasına qadın tamaşaçıların gəlməsinə qadağa qoyulub

2025.02.26, 11:32
“Traxtor – Sepahan” qarşılaşmasına qadın tamaşaçıların gəlməsinə qadağa qoyulub

İran hakimiyyətinin qərarı ilə “Traxtor – Sepahan” qarşılaşmasına qadın tamaşaçıların gəlməsinin qadağan edilməsi Azərbaycanlılar arasında geniş qəzəb və etirazlara səbəb olub.

Gunaz.tv

Dünən, çərşənbə axşamı Traxtor” klubu Sepahanla oyunun bilet satış şərtləri ilə bağlı açıqlama verərək, heç bir əlavə izahat vermədən, rəsmilərin qərarı ilə mövsümün ən həssas oyununu izləmək üçün qadın tamaşaçıların stadiona buraxılmayacağını açıqlayıb.

İran hökumət rəsmilərinin bu hərəkəti Azərbaycanlıların geniş etirazına səbəb olub, Traxtor klubu verdiyi açıqlamada bu gün keçiriləcək iclasda qadın Traxtor azarkeşlərinin oyuna buraxılması ilə bağlı məsələni diqqətdə saxlayacağını açıqlayıb.

Qeyd edək ki, Traxtor və Sepahan komandaları arasında həllediciqarşılaşma sabah, cümə axşamı Təbrizin “Səhənd” stadionunda keçiriləcək.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar