SON XƏBƏRLƏR

Musəvi saxtakarlıq hesabatı yayıb

2021.10.20, 07:36
Musəvi saxtakarlıq hesabatı yayıb

Gunaz.tv
Hesabat İranda müxalifət liderinin internet səhifəsində dərc edilib İranda müxalifət lideri Mir Hüseyn Musəvi 12 iyun prezident seçkisində saxtakarlıq və qanunsuzluqlarla bağlı hesabat yayıb. CNN Turk-un məlumatına görə, prezident seçkisində rəsmi olaraq dövlət başçısı Mahmud Əhmədinejada məğlub olan Musəvinin "Kəlmə" adlı internet saytında bu gecə yerləşdirilən üç səhifəlik hesabatda saxtakarlıq və qanunsuzluqlar qınanıb və seçki müddətini yenidən qiymətləndirmək məqsədiylə "həqiqət komissiyası"nın qurulmasını tələb edilib. Bundan başqa, hesabatda dövlət imkanlarından hökumətin namizədi lehinə geniş səpkidə istifadə edildiyi bildirilir, seçkini təşkil edən vəzifəli komitə üzvlərinin seçimi də tənqid olunur və onların Əhmədinejad tərəfdarları arasından seçildiyi irəli sürülür. "Seçki axşamı ardıcıl nömrəsi olmayan seçki bülletenləri çap edildi; Belə bir şey bu ölkənin tarixində olmayıb", deyə hesabatda qeyd olunub. Məruzədə seçkidə lazım olandan 2,5 qat çox möhür tapıldığı, bunun da saxtalaşdırma işini asanlaşdırdığı iddia edilir. Hesabata görə, prezidentliyə namizədlərin nümayəndələrinin seçki prosesini izləməsinə müxtəlif səbəblərlə maneə törədilib, Musəvi nümayəndələrinin telefonlarında SMS xidmətləri bağlanıb ki, bu da seçki məntəqələrində baş verə biləcək saxtakarlıqlarla bağlı onların partiya mərkəzinə xəbər vermələrinə maneə yaradıb./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar