SON XƏBƏRLƏR

İRAN ADLANAN YERİN STOKHOLMDAKI SƏFİRİ İSVEÇ XARİCİ İŞLƏR NAZİRLİYİNƏ ÇAĞIRILIB

2021.10.20, 07:36
İRAN ADLANAN YERİN STOKHOLMDAKI SƏFİRİ İSVEÇ XARİCİ İŞLƏR NAZİRLİYİNƏ ÇAĞIRILIB

Gunaz.tv
İyunun 23-də İranın Stokholmdakı səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılaraq İranda prezident seçkisinin nəticəsinə etiraz edənlərə qarşı zorakılıq və hərbi güc tətbiq edilməsinə etiraz bildirilib. İsveç Xarici İşlər Nazirliyinin rəsmisi “Röyters” agentliyinə açıqlamasında nazirlikdə İran səfiri ilə keçirilən görüşdə İranda seçki nəticələrinə dinc etiraz bildirənlərə zorakılıq tətbiq edilməsinə, ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətinə qoyulan məhdudiyyətlərə etiraz bildirildiyini vurğulayıb. Məlumatda bildirilir ki, Avropa Birliyinin dönəm sədri olan Çexiya Respublikası iyunun 22-də üzv ölkələri İran səfirlərini öz xarici İşlər Nazirliklərinə çağıraraq insanlara zorakılıq göstərilməsinə etiraz bildirməyə çağırıb. Avropa Birliyinin dönəm sədrliyi iyulun 1-dən İsveçə həvalə ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar