SON XƏBƏRLƏR

Rusiya və Amerika arasında növbəti görüş İstanbulda keçiriləcək

2025.02.26, 14:46
Rusiya və Amerika arasında növbəti görüş İstanbulda keçiriləcək

Rusiya Federasiyası və Amerika fevralın 27-də İstanbulda iki ölkənin səfirliklərinin işini müzakirə etmək üçün görüş keçirəcək.

Gunaz.tv

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar keçirilib.

Görüşlərin məqsədi, xüsusilə iki ölkə arasındakı etimadın bərpası, eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin məsələlərini müzakirə etməkdir. Bu danışıqlar Rusiya və Amerika arasında uzun müddət sonra keçirilən ilk yüksək səviyyəli görüşlərdir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ər-Riyadda əldə edilən razılaşmalar mərhələli şəkildə həyata keçirilir.

Ukrayna Prezidenti Volodomir Zelenski qeyd edib ki, Rusiya-Amerika danışıqları sürpriz olub, bunu mətbuatdan öyrəniblər.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar