SON XƏBƏRLƏR

Mixail Saakaşvili İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət edəcək

2021.10.20, 07:36
Mixail Saakaşvili İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət edəcək

Gunaz.tv
Bu gün Gürcüstan prezidentinin Ermənistana ikigünlük rəsmi səfəri başlayır Gürcüstan prezidenti Mixail Saakaşvili, həyat yoldaşı Sandra Rulofsla birlikdə bu gün Ermənistana ikigünlük rəsmi səfərə gedəcək. ANS PRESS xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Rəsmi qarşılama mərasimindən sonra Ermənistan prezidenti Serj Sarkisyan və Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçiriləcək. İki dövlət başçısının birgə mətbuat konfransı keçirəcəyi də gözlənilir. Bu gün axşam Ermənistan prezidentinin adından Mixail Saakaşvili və həyat yoldaşının şərəfinə şam yeməyi veriləcək. Gürdüstan prezidenti Ermənistanın baş naziri Tiqran Sarkisyanla da görüşəcək. Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında o da deyilir ki, Mixail Saakaşvili, səfər çərçivəsində “Tsitsernakaberd”-qondarma erməni soyqırımı abidəsini də ziyarət edəcək. Gürcüstan prezidentinin İrəvan dövlət universitetinin professor-müəllis heyəti və tələbələrlə görüşü də planlaşdırılır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar