SON XƏBƏRLƏR

Obama Əhmədinejadın qələbəsinə şübhə etdiyini bildirib

2021.10.20, 07:36
Obama Əhmədinejadın qələbəsinə şübhə etdiyini bildirib

Gunaz.tv
ABŞ prezidenti: "İran xalqının böyük hissəsi seçkilərin qeyri-legitim olduğunu hesab edir" ABŞ İranın suverenliyinə hörmətlə yanaşır, lakin ölkədə keçirilən prezident seçkilərinin nəticələri bir çox suallar doğurur. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Amerika prezidenti Barak Obama çərşənbə axşamı Ağ evdə keçirilən mətbuat konfransında bildirib. "Mən Birləşmiş Ştatların İranın suverenliyinə hörmətlə yanaşdığını və onun daxili işlərinə qarışmadığını açıq şəkildə bildirmişəm", - deyə o bəyan edib. "Biz hazırda yalnız bir şeyi bilirik ki, İran xalqının böyük hissəsi seçkilərin qeyri-legitim olduğunu hesab edir. Bu seçkilərin legitimliyi ciddi suallar doğurur", - deyə o əlavə edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar