SON XƏBƏRLƏR

İran adlanan yerdə müxalifətin etiraz aksiyaları davam edir

2021.10.20, 07:36
İran adlanan yerdə müxalifətin etiraz aksiyaları davam edir

Gunaz.tv
Rəsmi Tehran isə bütün ölkə ərazisində təhlükəsizlik qüvvələrinin sayını artırmaq qərarına gəlib İranda iyunun 12-də keçirilmiş prezident seçkisindən sonra müxalifətin başladığı etiraz aksiyaları bu gün də davam edib. Rəsmi Tehran hər vəchlə bu etirazların qarşısını almağa çalışsa da, ölənlərin və ağır yaralanların olmasına baxmayaraq Mahmud Əhmədinejadı prezident görmək istəməyən Musəvi tərəfdarları yenidən küçələrə çıxıblar. Tehran sakinləri ANS-ə bildirib ki, ötən gün baş verən iğtişaşlardan sonra bütün İran ərazisində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Buna baxmayaraq etirazçılar sonadək mübarizəni dayandırmayacaqlarını deyirlər. İran sakinləri qeyri-adi etiraz aksiyasına da başlayıb. Onlar hər axşam eyni vaxtda eyvanlara, evlərin damına çıxaraq dini şüarlar səsləndirirlər. İranın ali seçki orqanı olan Keşikçilər Şurası isə növbəti dəfə prezident seçkilərində ciddi qanun pozuntusunun olmadığını və buna görə də iyunun 12-də keçirilmiş seçkinin nəticələrinin ləğv edilməyəcəyini bəyan edib. Qurumun bu dəfəki bəyanatı daha qəti xarakteri ilə seçilib. İran Keşikçilər Şurasının sözcüsü Abbas Əli Kaxodayi müxalifətin tələb etdiyi kimi təkrar seçkilərin keçirilməsini unutmağı məsləhət görüb. Bu arada isə prezident Mahmud Əhmədinejadın və yeni Nazirlər Kabinetinin 26 iyul və 19 avqust tarixləri arasında and içəcəyi məlum olub. Ölkədə xarici medianın fəaliyyəti gəldikdə isə mövcud ciddi qadağalar qüvvədədir. Dövlət qurumları hər vəchlə nəzarətdən kənar informasiyanın yayılmasının qarşısını almağa çalışır. Onu da qeyd edək ki, etiraz dalğasının sürətlə böyüdüyü bir vaxta İranda hərbi hava qüvvələrinin 'Vilayət günəşinin doğması' adlı təlimləri davam edir. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar