SON XƏBƏRLƏR

Barak Obama görüdüklərindən dəhşətə gəlib

2021.10.20, 07:36
Barak Obama görüdüklərindən dəhşətə gəlib

Gunaz.tv
İranda gərginlik davam edir. Ötən günün sakit keçməsinə baxmayaraq müxtəlif şəhərlərdə bu gün müxalifət nümayyəndələri yenidən küçələrə çıxıb. Mirhüseyn Musəviyə mitinqə çağırışlarına son qoymağı tələb edən İran Daxili İşlər Nazirliyi əks təqdirdə müxalifət liderinin həbs olunacağını bildirib. İran Daxili İşlər Nazirliyi Mirhüseyn Musəvini ölkə qanunlarına və xalqın seçiminə hörmət etməyə çağırıb. Nazirliyin bəyanatında etiraz nümayişlərinin dayandırılmasının vacibliyi qeyd olunub. Müxalifət liderinin həbs olunmasına tərəfdar olan bəzi iranlı rəsmilər Musəvinin fəaliyyətinin ölkənin milli təhlükəsizliyi üçün təhlükə daşıdığını bəyan edib. Niyyətindən əl çəkməyən Musəvi isə seçkidəki saxtakarlıq hallarıyla bağlı yeni faktlar açıqlayıb. Müxalifət rəhbərinin intenetdə yerləşdirilən bəyanatında nəticələrin yenidən dəyərləndirilməsi üçün « Həqiqət komissiyasının» yaradılması təklifi irəli sürülür. Məruzədə o da bildirilir ki, seçkilərdə hökumət bütün imkanlarını ortaya qoyaraq Mahmud Əhmədinecatın seçilməsinə çalışıb. Müxalifətin etirazlarını nəzərə alan İranın ali dini rəhbərliyi seçkilərin nəticələrini yoxlamaq üçün səslərin sayılması prosesini daha beş gün uzadıb. Hazırda İranda vəziyyət bir qədər sakitləşib. Lakin ölkədə hələdə seçkilərin yaratdığı gərginlik hiss olunur. Etiraz aksiyalarının keçirildiyi küçələri asayiş keşikçiləri nəzarətə götürüb. İndi bu ölkədəki durumu yalnız həvəskar video və mobil telefonların köməyi ilə çəkilmiş görüntülərdən izləmək mümkündür. Əcnəbi jurnalistlərin fəaliyyətinə qoyulmuş qadağalar aradan qaldırılmayıb. Ötən gün Tehranda «Vaşinqton post» qəzetinin ştatdan kənar əməkdaşı həbs olunub. İran dövlət telekanalında iğtişaşlar zamanı həbs olunan nümayişçilərin bəyanatları yayımlanıb. Həbs olunanların bəziləri baş verənlərdə qərbi və onun mediasını ittiham edib. Bu ittihamları rədd edən qərb isə İran hökumətini nümayişləri zor gücüylə yatırmağa çalışmaqda günahlandırıb. Birləşmiş Ştatlar prezidenti Barak Obama İranda baş verənlərdən dəhşətə gəldiyini və etirazçılara qarşı repressiyaların dayandırılmasını tələb edib. O, İranın daxili işlərinə müdaxilə etmədiklərini və bu barədə iddiaların yalan olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar