SON XƏBƏRLƏR

Ukrayna və Amerika arasındakı saziş hazırdır

2025.02.28, 11:01
Ukrayna və Amerika arasındakı saziş hazırdır

Ukrayna və Amerika Birləşmiş Ştatları arasında yeraltı sərvətlərin işlənməsini nəzərdə tutan saziş imzalanmağa hazırdır.

Gunaz.tv

Bu sözləri Amerikanın maliyyə naziri Skott Bessent “Fox Business” telekanalına açıqlamasında deyib.

O qeyd edib ki, sənəddə təkcə Amerika prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenskinin imzaları qalıb. Sənəd fevralın 28-də imzalanmalıdır.

"Müqavilə tamamlanıb, kağız üzərindədir və Ukrayna hökuməti bunu təsdiqləyib. Sabah dövlət başçılarının onu imzalaması gözlənilir. Bu, faydalı qazıntılar, neft, qaz və infrastruktur aktivləri ilə bağlı sazişdir", - Bessent bildirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar