SON XƏBƏRLƏR

MÜBARİZ RUHANİLƏR BİRLİYİ: “İRAN XALQI QAN İÇİNDƏ TORPAĞA SƏRİLMİŞ ÖVLADLARINA YAS SAXLAMAQ MƏCBURİYYƏTİNDƏ QALIB”

2021.10.20, 07:36
MÜBARİZ RUHANİLƏR BİRLİYİ: “İRAN XALQI QAN İÇİNDƏ TORPAĞA SƏRİLMİŞ ÖVLADLARINA YAS SAXLAMAQ MƏCBURİYYƏTİNDƏ QALIB”

Gunaz.tv
İran adlanan yerin keçmiş prezidenti Məhəmməd Xatəmi və digər tanınmış islahatçıların üzv olduğu Mübariz Ruhanilər Birliyi bəyanat yayaraq iyunun 12-də keçirilmiş prezident seçkisindəki saxtakarlıqlara dinc etiraz sərgiləyən vətəndaşlara zorakılıq və hərbi güc tətbiq edilməsini, insanların qətlə yetirilməsini pisləyib. bəyanatda deyilir: “Ölkədəki prezident seçkisindən 10 gündən artıq vaxt keçir. Lakin seçki günündə min bir ümid, arzu və sevinclə seçkiyə qatılıb sandıqlar başına gələn İran xalqı bu gün qan içində torpağa sərilmiş övladlarına yas saxlamaq məcburiyyətində qalıb”. Bəyanatda hakimiyyətin etirazçıları əcnəbilərlə əlaqələndirməsi də kəskin pislənir: “Seçki günündə xalqın şüurlu olaraq kütləvi şəkildə seçkiyə qatılması İran İslam Respublikasının iftixarı kimi göstərilirdi. Bəs niyə seçki saxtakarlığına dinc etiraz bildirən milyonlarla vətəndaşın hərəkəti və aksiyaları əcnəbilərin fitnəsi ilə əlaqələndirilir? İranın keçmiş rejimləri öz müxalif vətəndaşlarına qarşı bu qarayaxmalar və cəfəngiyyatdan nə qazandı ki, bu gün həmin ittihamlar eynən təkrarlanır?”. Bəyanatda paytaxt Tehranda, rəsmən elan edilməsə də, fövqəladə vəziyyətin hökm sürməsinə, şəhərin bütün iri küçə və meydanlarına hərbi hissələrin yeridilməsi, ölkənin digər iri şəhərlərində isə hərbçilərin vəziyyətə nəzarət etməsi pislənib.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar