SON XƏBƏRLƏR

Vədud Əsədi Gilan Apellyasiya Məhkəməsinə çağırılıb

2025.03.01, 10:33
Vədud Əsədi Gilan Apellyasiya Məhkəməsinə çağırılıb

Rəştdə yaşayan azərbaycanlı fəal Vədud Əsədi 26 fevral 2025-cü il tarixində məhkəmə sisteminin Səna sistemi vasitəsilə Gilan vilayətinin Apellyasiya Məhkəməsinə çağırılıb.

Gunaz.tv

Bildirişdə cənab Əsədidən 26 april 2025-ci il tarixində səhər saat 9:00-da Gilan Əyalət Apellyasiya Məhkəməsinin 11-ci şöbəsində olmsdı və Kəşfiyyat Nazirliyi tərəfindən irəli sürülən ittihamlara qarşı özünü müdafiə etməsi istənilir.

Bu barədə Vədud Əsədi özünün sosial media hesabında məlumat verib:

“Sabah səhər (1 mart) hakim Salavatinin cəzasını çəkmək üçün özümü Tehranın Edam İdarəsinə təqdim edəcəyəm."

Qeyd edək ki, Vədud Əsədi türklərin pozulmuş hüquqlarının müdafiəsində göstərdiyi vətəndaş fəaliyyətinə görə dəfələrlə həbs edilib və təzyiqlərə məruz qalıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar