SON XƏBƏRLƏR

Traxtor Klubunun Sahibi: “Var” Bəzi Komandalar üçün “Yar” oldu

2025.03.01, 11:02
Traxtor Klubunun Sahibi: “Var” Bəzi Komandalar üçün “Yar” oldu

Traxtor klubunun sahibi Məhəmməd Rza Zenozi növbəti dəfə İran Futbol Federasiyası rəsmilərinin Traxtor komandasına qarşı qərəzli münasibətini və federasiyanın dövlətə məxsus Sepahan və Perspolis komandalarına dəstək verməsini kəskin tənqid edərək, “VAR” sisteminin bəzi komandaların köməkçisinə çevrildiyini bildirib.

Gunaz.tv

Məhəmməd Rza Zenozi kəskin və etiraz xarakterli müsahibəsində İran futbolunda baş verən son hadisələrə münasibət bildirib. O, komandasının son oyunlarında yaranan problemlərə toxunaraq, Futbol Federasiyasından məsələyə aydınlıq gətirməsini istəyib və liqa çempionunu əvvəlcədən seçib-seçmədiklərini soruşub.

Hakimlərin performansını və sistemi tənqid edən Zenozi, bəzi komandaların xüsusi imtiyazlara malik olduğunu və bu haqsızlıqların müəyyən komandalara üstünlük verdiyini göstərən çoxlu dəlillərə sahib olduğunu bildirib.

“Əgər, 2009-2010-cu illərdəki kimi çempionu əvvəlcədən müəyyənləşdiriblərsə mənim islahatlara ümidim yoxdur. Amma həqiqətən də islahat etmək niyyətindədirlərsə, gəlib bunu futbol meydanında sübut etsinlər. Bizim futbol meydançasında problemimiz yoxdur və problem “köməkçi” otağında və Futbol Federasiyasının müxtəlif komitələrinin otaqlarındadır. Özləri gəlib cavab verməlidir ki, niyyətləri dəyişib, ya yox. Bizə vədlər veriblər, ancaq bilmirəm, onlara əməl edəcəklər, ya yox." - deyə Rza Zenozi bildirib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar