SON XƏBƏRLƏR

NARDARAN İSRAİL PREZİDENTİNİN SƏFƏRİNI ETİRAZLA QARŞILAYIR

2021.10.20, 07:36
NARDARAN İSRAİL PREZİDENTİNİN SƏFƏRİNI ETİRAZLA QARŞILAYIR

Gunaz.tv
İyunun 24-də Nardaran qəsəbəsinin İmam Hüseyn meydanında mitinq keçiriləcək. Qəsəbə sakinlərinin “Media forum” saytına verdiyi məlumata görə, İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri, “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi və Yeni Günəşli qəsəbəsində yerləşən "Həzrət Fatimə" məscidinin bağlanmasına etiraz olaraq düzənlənən aksiya saat 15-də başlayacaq. İsrail prezidenti Şimon Peres iyunun 28-29-da Azərbaycanda səfərdə olacaq. “Dini etiqad azadlığı haqqında” qanuna iki dəyişiklik təklif olunur. 8-ci maddəyə təklif olunan dəyişiklik islam dini ibadət yerlərinə rəhbər din xadimlərinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla Qafqaz Müsəlmanları İdarəsinin təyin etməsini nəzərdə tutur. 21-ci maddəyə təklif olunan dəyişikliyə əsasən isə islam dini ayin və mərasimlərini yalnız Azərbaycanda təhsil almış Azərbaycan vətəndaşları apara bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar