SON XƏBƏRLƏR

Tramp Dövlət Departamentinə Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb

2025.03.01, 14:53
Tramp Dövlət Departamentinə Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb

Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdəki mübahisədən sonra Dövlət Departamentinə Ukraynaya hərbi yardımın tamamilə və ya birdəfəlik dayandırılması imkanlarını araşdırmağı tapşırıb.

Gunaz.tv

Bu barədə "The Wall Street Journal" yazıb.

Bildirilib ki, Donald Tramp qərarını Ukraynanın Prezidenti Volodomir Zelenski ilə görüşdən sonra verib:

"Görüşün gözlənilməz sonluqla bitməsi bundan sonra Amerikanın Ukraynaya hansı siyasi-hərbi dəstəyi göstərəcəyi barədə sualları cavabsız qoyub. Digər tərəfdən Ağ Evdə baş vermiş məlum qalmaqal avropalı sülhməramlıların Ukraynaya göndərilməyə hazır olması perspektivlərini daha da çətinləşdirir. Çünki bundan əvvəl Avropa İttifaqı rəsmi şəkildə Ukraynada sülhməramlıların fəaliyyətə başlama perspektivlərinin rəsmi Vaşinqtondan asılı olduğunu bəyan edib".

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar