SON XƏBƏRLƏR

İngiltərə, Fransa və Almaniya öz səfirlərini İrandan geri çağıra bilər

2021.10.20, 07:36
İngiltərə, Fransa və Almaniya öz səfirlərini İrandan geri çağıra bilər

Gunaz.tv
       İran adlanan yerin seçki prosesinə müdaxilə etməkdə günahlandırdığı İngiltərə, Fransa, Almaniya və ABŞ-la münasibətləri daha da pisləşib.        SİA-nın məlumatına görə, bu məqsədlə hazırda Avropa Birliyi (AB) ölkələri səfirlərini İrandan geri çağırmağı müzakirə edir. Bundan əlavə, artıq İngiltərə Tehrandakı səfirlikdə işləyənlərinin yaxınlarını oradan çıxarmağa başlayıb.                         İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası isə xarici işlər naziri Mənuçöhr Möttəkinin də iştirakı ilə Qərb müdaxiləsini müzakirə etmək üçün fövqəladə toplantı keçirib. Toplantıda alınacaq qərar istiqamətində bəzi qərbli səfirlərin geri göndərilməsi məsələsi də müzakirə ediləcək. Xarici İşlər Nazirliyinin rəsmisi Həsən Kaşkavi toplantıdan əvvəl müstəqil ölkənin daxili işlərinə qarışmağın beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.                  Qərb rəsmiləri İran xalqının qanunlarına uyğunlaşmaq əvəzinə, açıq şəkildə təhrikə təşviq etdiyini deyən Kaşkavi vurğulayıb ki, Qərb ölkələri öz kütləvi informasiya vasitələri ilə İranda anarxiya, qarışıqlıq və soyğunçuluq yaradır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar