SON XƏBƏRLƏR

Zelenski: "Amerikanın Ukraynaya yardımı dayandıracağına inanmıram"

2025.03.03, 11:17
Zelenski: "Amerikanın Ukraynaya yardımı dayandıracağına inanmıram"

Ukrayna prezidenti Volodimir Zelenski Amerika prezidenti Donald Trampla Oval ofisdəki mübahisəsindən sonra münasibətləri düzəltməyin mümkünlüyünə inanır.

Gunaz.tv

Bu barədə Zelenski London Sammitindən sonra jurnalistlərə bildirib.

Zelenski danışıqların bağlı qapılar arxasında davam etdirilməsinin vacibliyini vurğulayıb.

"Amerikanın  Ukraynaya yardımı dayandıracağına inanmıram. Çünki Tramp Vladimir Putinə kömək etmək istəmir" deyə, Ukrayna prezidenti qeyd edib.

Bununla belə, o, gözlənilən bütün çağırışlara hazır olacağını vurğulayıb.

Zelenski Ukraynanın yeraltı sərvətlərinin istismarı üçün Amerika ilə müqavilə imzalamağa hazır olduğunu bir daha bildirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar