SON XƏBƏRLƏR

Dünyanın gözü İran adlanan yerdə

2021.10.20, 07:36
Dünyanın gözü İran adlanan yerdə

Gunaz.tv
Ənvər Börüsoy, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəznin (AMSTM) eksperti Iyun ayının 12-də İranda keçirilən növbəti prezident seçkilərinin nəticəsində ölkədə siyasi proseslər qaynamaqdadır. Xüsusilə seçkilərin saxtalaşdırılmasını bəhanə edən və regionda çox böyük islahat tərəfdarı olan social təbəqə etiraz dalğalarını yaradıblar. Demək olar ki, seçkidən ötən müddət ərzində İranın hər yerində etiraz dalğaları hələ də səngimək bilmir. İran İslan İnqilabının Keşikçiləri Ordusu, eləcə də daxili işlər nazirliyinə tabe olan hərbi qüvvələr ölkənin hər yerində kütləvi həbslər aparmaqla yanaşı həm də yüzlərcə insanları elə küçələrdəcə qurşunlayaraq öldürüblər. Təkcə Tehran Universitetində təhsil alan 8 nəfər tələbə Hezbollaha məxsus olan silahlı qüvvələr tərəfindən qətlə yetiriliblər. Faktiki olaraq İran mühafizəkar Mahmud Əhmədnicat və Mirhüseyn Musəvinin tərəfdarları kimi xarakterizə olunmaqla yanaşı həm də yeni bir proseslə üz-üzə durubdur. Bu ölkəni 30 ildən çox inzibati amirlik metodu ilə idarə edənlər və ishalahatçılar arasında heç zaman bu qədər kəskin mövqe savaşı olmayıb. Demək olar ki, dünyanın bütün siyasi güclərinin diqqət mərkəzi İrana yönəlibdir. Əslində İranda nələr baş verir, bu ölkədə doğrudanmı dəyuişiklik istəyənlərin sayı daha da artıbdır və digər mübhəm suallara aydıənlıq gətirilməsinə çox ehtiyac var. Çünki qapalı bir dövlət olan İranda doğrudan da islahatlar baş verərsə, Orta Şərq, Orta Asiya və Qafqazlarda çox böyük döyişikilikırin baş verə biləcəyi gün çox da uzaqda olmayan bir proseslərə gətirib çıxara bilər. İran bir dövlət olaraq yeni bir inqilaba möhtacdır İranda keçirilən president seçkiləri demək olar ki, dünyanın diqqət mərkəzində olub. Başda ABŞ olmaqla Avropanın bütün siyasi institutları və nüfuzlü media mərkəzləri seçimlərlə əlaqədar öz təhlillərini və rəylərini gündəmə gətirirdilər. Ancaq hər şeydən öncə İranın qapalı və ciddi bir rejimlə idarə olunan bir ölkə kimi xarakterini dərindən qiymətləndirənlər bir sıra araşdıərmalarında yalnışlıqlara yol vermişdilər. Ancaq bununla bərabər İranda proseslərin hansı səmtdə inkişaf edəcəyini bilmək və analiz etmək cox cətin idi. Amma regionu öyrənən təhqiqat mərkəzləri və analitiklər proseslərin iranın dərin dövlətinin icazəsi ilə hərəkət edəcəyini proqnozlaşdırırdılar. İranda neçə illərdir ki, təqdim olunan islahatçı və mühafizəkar rəqabəti ilə bağlı məsələyə rəqabət anlamında baxılması doğru deyil. Əslində bütün bunlar İranın öz daxili siyasi sisteminin çəkişməsinin nəticəsidir. Amma bunuda nəzərdən qaçırmaq olmaz ki, İranda son illər siyasi sistemin dəyişməsini və açıq bir cəmiyyətin yaranmasını istəyən qüvvələr var. Düzdür ola bilər ki,bu qüvvələr mühafizəkarla müqayisədə zəif görünürlər. Ancaq gələcəkdə İranda böyük bir qüvvəyə çevrilə bilək ehtimalları da var. . Son president seçkiləri göstərdi ki, islahatçıların istədiyi formada getmədi və avtoritar teokratik bir rejimin qurmuş olduğu bir cəmiyyətdə ədalətli və demokratik seçimlərin keçirilməsi mümkün deyil. Sadəcə olaraq seçki qabağı əhval rühiyyənin müəyyən qədər aktiv olması, icazəli “seçim marafonu” kimi də başa düşmək olar. Məhz seçkilərdən sonar İranda hal hazırda siyasi vəziyyət pisləşib xeyli sayda insan öldürülüb, həbslər hələ də davam etməkdədir. Cox maraqlıdır ki, İranda seçkilərlə bağlı vəziyyətə ABŞ-Qərb dövlətləri müəyyən qədər ehiyat mövqe ortaya qoyur və həmişə olduğu kimi, demokratik dəyərlərdən danışırlar. ABŞ prezidenti Barak Obama isə İranda baş verən siyasi hadisələrə görə iranlı seçicilərin etiraz nümayişlərinə çıxmaları onu heyrətə gətirdiyi barədə açıqlamasını verib. Bunlar İranda baş verən proseslərin görünən tərəfidir. Məsələnin digər tərəfi isə seçimlərdə president kürsüsü uğrunda 4 namizədin iştirak etməsi və iki namizədin üzərində xüsusilə dayanılması, M. Əhmednejat və M. Müsəvinin üzərində oynalıması və seçki qabağı fəallığın göstərilməsi, əslində İranın dərin dövlət siyasətinin tərkib hissəsi olaraq dünya birliyinə sübut etmək istədi ki, bu ölkədə demokratik əhval rühiyyə var və seçimlər azad rəqabət formasında davam etməkdədir. Unutmaq olmaz ki, İranın min illər boyu formalaşmış və alt yapısı olan dərin dövləti hansı namizədə əl uzatması prinsiplərui sayəsində həmin şəxs dövlət başcısı seçiləcəkdir. Maraqlıdır kı,İranın alt yapısı olan dərin dövlət nə üçün İranın indiki prezidenti M. Əhmədnejatın üzərinə dayandığına görə onun prezident gətirilməsinə razılıq verilmişdi. Seçkilərin favoriti kimi dəyərkləndirilən M. Müsəvini seçkidən sonra oyundan kənarda saxlanılması siyasəti yürüdülməkdədir. Sözsüz ki, regionda baş verən prosesləri daha dərindən təhlil etmək bacarığına görə M. Əhmədnejat M. Müsəvidən çox-çox geridə geri qalır. Bunu seçkiqabağı teledebatlarda və M. Müsəvinin əsaslandırılmış arqumentləri də sübut etdi. İran inqilabı ideyasının fəal təbliğatcisi olan və səkkiz il bu ölkənin baş naziri vəzifəsindıə çalışmış M. Musəvi nədən yeni təfəkkürə uyğun dövlət siyasətinin daşıyıcısı kimi president seçilmədi? Bu sual indi İranda dərin islahatların keçirilməsinin tərəfdarlarını ən çox narahat edən bir suala çevrilib. Bunun üçün də onlar etiraz nümayişlərinə çıxıblar. Hətta Qərb dairələrində bir qədər ehtiyatlı olsa da, İranda yeni bir inqilabi prosesin yetişməsini proqnozlaşdıranlar var. Çünki, indi ayrı-ayrı millətlər öz hüquqlarını müdafiə hərəkatları bir qədər kölgədə qalıbdır. Çünki, bütün İran boyunca rejimin sərt üzünün mülayimləşməsinin tərəfdarları bu gün cəmiyyətin ən aktiv kəsiminə çevrilməkdədirlər. Təbii olaraq bu proses inkişaf etdiyi təqdirdə yeni inqilaba gedən yollar da açıla bilər. İranda etnik kimlik amili deyil, bu dövlətin bütünlüyü əsas şərt hesab olunur M. Müsəvi seçimlərdə qalib gəlsəydi belə, Güney Azərbaycan türklərinin hüquqlarının qorunması ilə bağlı heç bir addım atılmayacaqdı. O, özü istəsəydi belə, İranın oturuşmuş qatı mühafizəkar təbəqəsi buna imkan verməyəcəkdi. Ancaq yenə də İranın dərin dövlət siyasətini müəyyən edənlər M. Müsəvinin president kimi namizədliyi üzərində dayanmadılar. Çünki, İranın klerikal dövlətçilik ideologiyasının əsasıni cəfərilik və onun ideoloji dəyərləri təşkil etməsilə yanaşı, bu siyasətin görünməyən qatında dərin farsçılıq fəlsəfi düşüncəsi dayanır. Bunu dəyərləndirən güclər hətta bu rejimə xidmət edən türk kökənli insanlara etibar etmədiyini və hələ də onlarla ehtiyyatlı davranmağı üstün tutur. Bu gün İranın beyin və təhqiqat mərkəzləri paniranizm ideyasını həyata keçirmək üçün dövlət büdcəsindən milyonlarla vəsait xərcləməkdədir. Panirizm ideoloqları çox gözəl dərk edirlər ki, hər hansı bir köklü siyasi dəyişmələr bu dövləti xərcəng kimi içəridən yeyəcəkdir. Çünki, İranda Azərbaycan türklərinin apardığı milli hərəkat bu gün güclü şəkildə inkişaf etməkdədir. İranı min illər boyu idarə edən türklərin yenidən siyasi hakimiyyəti ələ alması, xərclənən pulların boşa çıxmasına səbəb olacaqdır. İranda demokratik ideyaların güclənməsi və gələcəkdə bu proseslərin vüsət alması, Güney Azərbaycanı yeni siyasi güc mərkəzi kimi ortaya çıxara bilər. Son president seçkiləri göstərdi ki,İranı dəyişdirmək və siyasi hakimiyyətə gəlmək istəyən lidelər ilk öncə Azərbaycandan xeyir dua almaq istəyirlər. Məhz buna görə M. Musəvi “kartı” hərəkətə gətirilmişdi. Çünki, İranda baş verən siyasi dəyişmərlərdə Azərbaycan türklərinin milli maraqlarının təmin olunması strategiyasını hədəf seçən islahatçılar əslində öz maraqlarını strateji hədəf kimi ortaya qoymuşdular. Çünki,tarix boyu iranda güclü siyasi devrimlər baş verəndə ən çox zərbə Azərbaycan türklərinə dəyib. Bu anlayış tarix boyu sübut olunub və acı onun nəticələri hələ də davam etməkdədir. Strateji hədəf olaraq kimin prezident seçilməsi deyil, mövcud klerikal rejimin siyasi kursunun ömrünün necə yaşadılması əsas hədəfdir. Bu sırada rejim bütün millətlərin maraqlarını deyil, paniranizmə müxtəlif baxışlardan yanaşılmaqla İranın ərazi bütünlüyünün qorunması prinsipi əsas meyardır. İndi islahatçı kəsimin ölkənin hər yerində eitraz nümayişlərinə çıxmasına qarşı bütün millətləri təmsil edən məmrular, oliqarxlar və onların nəzarətində olan rəsmi və qeyri rəsmi silahlı qüvvələr qəddarcasına sorakılıqlar tətbiq etməkdədirlər. Belə bi siyasət İranda 1925-ci ildən 1978-ci ilə qədər hakimiyyətdə olmuş pəhləvilər sülaləsi xanədənlığının, eləcə də solçu qüvvələrin (İran Kommunist Partiyası, İran Xalq Fədailəri Partiyası, İran Xalq Mücahidləri Partiyası, maoist Rahe Kargər Partiyası) də paniranizmə və fars şovinizminə xidmət edən siyasyi hədəfləri eyni məntiqlə davam edib. 1978-ci ildən indiyə kimi hakimiyyətdə olan klerikal rejim də məhz bu məntiqi davam etdiriblər. Seçkilər və Güney Azərbaycan hədəfləri İranda hər zaman siyasi kataklizmlər gündəmə gələn kimi dərhal bütün baxışlar inqilablar beşiyi Təbrizə yönəlir. 12 iyun seçkiləri ərəfəsində, eləcə də seçkilərdən sonra da dünyanın bütün paniranist gücləri, İran daxili siyasi çevrələr Güney Azərbaycandakı durumu diqqətlə təqib ediblər. Çünki islahatçıların lideri kimi gündəmdə Mirhüseyn Musəvi birdən birə türk olduğunu dilə gətirmişdi. Güney Azərbaycanın dərin milli maraqlarının strateji hədəflərini zamanında dəyərləndirməyi bacaran liderlərin çoxunun fikrincə M. Musəvinin bu 31 ildə klerikal rejimə sədaqətlə xidmət etməsinə müyyən qədər diqqətləri yönəldə bilmişdilər. Ancaq, bununla yanaşı emosinal və siyasi ehtiraslara üstünlük verən təcrübəsiz gənclik hərəkatı İranda müəyyən qədər iqtisadi liberalizm maraqlarını güdən sahibkarların, iri tacirlərin təbliğatlarına uymaqla onları hərəkətə gətirə bildilər. Çünki milliyyətindən asılı olmayaraq İrandakı oliqarxlar, iri tacirlər ölkədə qismən liberalizmin inkişaf etidirlməsində daha çox özlərinin iqtisadi maraqlarını güdürlər. Ölkənin əsas gəlir mənbəyi olan neft və qaz məhz mühafizəkar hakim rejimin tam nəzarətindədir. Digər iqtisadi sahələr isə tacirlərin inhisarındadır. Onlar daha da zənginləşmək ehtirası ilə ölkədə dərin siyasi prosesləri dərk etməyənləri öz maraqlarına uyğun proseslərə cəlb edirlər. Bu sırada ən böyük sarsıdıcı zərbələr isə Güney Azərbaycana dəyir. Güney Azərbaycanın siyasi hədəflərini müəyyənləşdirən liderlər siyasi uzaqgörənlik etməkdə bir qədər yalnıəşlıqlar etdikləri üçün ölkə qanunlarının fərqində olmayıblar. İranda unutmaq lazım deyil ki, seçkiləri daxili işlər nazirliyi müəyyənləşdirir və idarə edir. Təbii olaraq sandıqdan çıxacaq şəxsi onlar müəyyən edirlər. İranda klerikal rejim yarandıqdan sonra ötən 31 il ərzində bu nazirliyin müəyyən etmədiyi və dəstək verməfdiyi namizəd nə deputat, nə də prezident seçilə bilməmişdir. Buna görə də Güney Azərbaycan siyasətində tamam fərqli bir siyasi proseslərin inkişafına ehtiyac vardır. Bu yöndə isə əsas hədəflər milli maarifləndirmənin təməl prinsiplərinin hüquqi əsaslarının rəsmiləşdirilməsi ola bilər. Çünki milli maarrifləndirmə prolemləri mərhələsini adlamayan bir toplum digər azadlıqlara da nail ola bilməz. Hal-hazırda İranda mühafizəkarlar və islahatçılar qarşı-qarşıya durublar. Bunun üçün hər bir güc özünün tərəfdarlarını meydanlara və küçələrə töküblər. Ortada qan tökülməsi prosesləri daha da dərinləşdiribdir. Dünya birliyi, xüsusilə regionda dərin strateji maraqları olan güclər mövcud problemləri diqqətlə təqib edirlər. Çünki Güney Azərbaycanda əhalinin 75 faizi seçkiləri baykot ediblər. Digər kəsim isə səsini M. Musəviyə verib. Eyni zamanda Tehran, Şiraz, İsfəhan, Həmədan, Məşhəd kimi iri şəhərlərdə isə əhalinin ən ağır şərtlər içində yaşayan kasıb təbəqələri də etiraz hərəkatına qoşulublar. Bu prosesdə hələlik rejimin cəza ordusu öndə gedir. İnsanlar minlərlə həbs olunmuş tərəfdarlarını küçə və meydanlarda necə müdafiə edəcəkləri taktikasını hələ də qeyri müəyyən formada dəstəkləyirlər. Siyasi analitiklərin fikrincə bu proses qızmar iyun ayının hərarətini daha da dərinləşdirə bilər. Orta Doğu siyasətində dərin maraqları olan güclər isə bu proseslərə hələlik ciddi müdaxilələri hədəf seçməyiblər. Sadəcə insan hüquqlarının müdafiəsi kimi ikili standartlarla yetinməkdədirlər. İranda siyasi və iqtisadi böhranların daha da dərinləşcəyi təqdirdə proseslərə qoşulmacaqları ehtimalları isə artmaqdadır. İranın hakim klerikal rejimi bu təhlükəni anladığına görə siyasi liderlərlə müəyyən anlaşmalara getməyə məcbur olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar