SON XƏBƏRLƏR

Rəsmi Bakı İrandakı vəziyyətlə bağlı mövqeyini açıqlayıb

2021.10.20, 07:36
Rəsmi Bakı İrandakı vəziyyətlə bağlı mövqeyini açıqlayıb

Gunaz.tv
Elmar Məmmədyarov: "İranda nə qədər sabitlik olsa bu Azərbaycan üçün bir o qədər yaxşıdır" Xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Bakının İrandakı vəziyyətlə bağlı mövqeyini açıqlayıb. Nazir İranın qonşu dövlət olduğunu və orada sabitliyin Azərbaycan üçün önəm daşıdığını deyib. "İranda nə qədər sabitlik və əmin -amanlıq olsa bu Azərbaycan üçün bir o qədər yaxşıdır". Qeyd edək ki, ötən günki etiraz aksiyalarının dağıdılmasından sonra paytaxt Tehrana əlavə polis qüvvələri cəlb olunub. İranın Konstitusiyanı Müdafiə Şurası bu səhər növbəti dəfə prezident seçkisinin nəticələrinin ləvğ olunmayacağını açıqlayıb. İranın ilk və tək Nobel mükafatı laureatı, insan haqqları müdafiəçisi Şirin Ebadi də Belçikada Avropa Birliyi ölkələrinə səfirlərini İrandan geri çəkməyə çağırış edib. O, ölkəsində insan haqlarının kobud şəkildə pozulduğunu, dinc insanlara divan tutulduğunu deyib. Şirin Ebadi Avropa ölkələrini rəsmi Tehranla diplomatik münasibətləri kəsmək üçün müzakirələrə vaxt itirməməyə səsləyib. "Xalq dinc şəkildə İran hakimiyyətinə tələbini çatdırmaq istəmiş, lakin qarşılığında atəşə tutulmuşdur. Bu Əhmədinejata keçici kimi görünə bilər, amma demokratik və dinc bir şəkildə dilə gətirilən istəklərə güllə ilə cavab verilməyə davam edilərsə, etirazlar rejimə yönələcək və bundan sonra kimin seçilməsinin önəmi qalmayacaq. Hər bir ölkə İran hakimiyyətini qınamalı və onlara niyə ən təməl hüquqlarından istifadə etmək istəyənlərə atəş açırsınız? sualını verməlidir"./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar