SON XƏBƏRLƏR

Amerika müdafiə naziri Pit Heqset Rusiyaya qarşı kiberhücumları dayandırıb

2025.03.03, 14:54
Amerika müdafiə naziri Pit Heqset Rusiyaya qarşı kiberhücumları dayandırıb

Amerika müdafiə naziri Pit Heqset ölkənin Rusiyaya qarşı bütün kiber əməliyyatlarına fasilə verilməsi barədə göstəriş verib.

Gunaz.tv

"New York Times" qəzetinin yazdığına görə, bu əmr Amerikanın Moskvaya qarşı əməliyyatlarının ümumi yenidən qiymətləndirilməsinin bir hissəsidir, fasilənin müddəti və ya həcmi bəlli deyil.

Pentaqon isə məsələyə münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, kiber əməliyyatlardakı bu dəyişiklik Amerika prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara təkan verməsi və Amerika liderinin ukraynalı həmkarı Volodomir Zelenski ilə Ağ Evdəki qalmaqallı görüşündən sonra baş verib.

Tramp özünü Rusiya prezidenti Vladimir Putinlə Zelenski arasında vasitəçi kimi göstərərək, Putinlə yaxınlaşmaq üçün Kiyev və Avropanı kənara itələyir.

"Biz Putinlə bağlı narahat olmağa daha az vaxt sərf etməliyik", - deyə Tramp bazar günü özünün Truth sosial platformasında yazıb.

Xatırladaq ki, Amerikanın milli təhlükəsizlik müşaviri Mike Ualtz bazar günü CNN telekanalına Rusiya ilə əlaqələrin yenidən açılması ilə bağlı danışarkən kibersiyasət dəyişikliyi ilə bağlı xəbərləri təkzib edib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar