SON XƏBƏRLƏR

Ermənistan xarici işlər naziri Ankaradan "ümidini" kəsməyib

2021.10.20, 07:36
Ermənistan xarici işlər naziri Ankaradan "ümidini" kəsməyib

Gunaz.tv
Edvard Nalbadyan: "Türk liderlərinin ortaya atdığı ilkin şərtlərə baxmayaraq, mən yol xəritəsindən hələ ümidliyəm" Ermənistan xarici işlər naziri Türkiyə liderlərinin Dağlıq Qarabağ münaqişəsinin həllində qoyduqları şərtlərə baxmayaraq, Ankara ilə münasibətlərin normallaşdırılacağına ümidli olduğunu bildirib. CNN Türk-ün "Armenian Reporter"a istinadən verdiyi məlumata görə, Ermənistanda səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri şeyxi Abdullah bin Zayed Əh Nahayanla ortaq mətbuat konfransı keçirən Nalbadyan deyib: "Əgər problemləri həll etmək arzusu varsa, bu, ancaq görüşlər və görüşlərin nəticəsində əldə ediləcək anlaşmaların həyata keçirilməsi ilə mümkün ola bilər. Türk liderlərinin ortaya atdığı ilkin şərtlərə baxmayaraq, mən yol xəritəsindən hələ ümidliyəm". Nalbadyan ABŞ dövlət katibinin köməkçisi Filipp Qordonun Konqresdə Türkiyə ilə Ermənistanın 1915-ci il hadisələrini araşdırmaq üçün ortaq bir komissiya qurulmasında anlaşdığını bildirməsi barədə suala da cavab verib. O, bu barədə yayılan məlumatları təkzib edib: "Bu cür komitə qurulmasının tərəfdarıyıq. Amma bunun iki ölkə arasında bir çox məsələnin iki tərəfin də mənafeyinə uyğun həll ediləcək komitə olmasını istəyirik". /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar