SON XƏBƏRLƏR

İran vətəndaşı Bakıda kustar üsulla heroin hazırlayırmış

2021.10.20, 07:36
İran vətəndaşı Bakıda kustar üsulla heroin hazırlayırmış

Gunaz.tv
Bakıda iranlı narkotacir tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri, Nizami küçəsi, ev 17 "B"də kirayədə yaşayan İran vətəndaşı Taəti Cəfrudi Əkbər Əziz oğlu kustar üsulla heroin hazırlayarkən tutulub. Onun evinə baxış zamanı 4 kiloqram 088,726 qram heroin və narkotik vasitənin hazırlanmasında istifadə edilən əşyalar aşkar edilərək götürülüb. Araşdırmalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar