SON XƏBƏRLƏR

DİNC ANIM MƏRASİMİ GECƏ SAATLARINADƏK DAVAM EDƏN QARŞIDURMA İLƏ ƏVƏZLƏNİB

2021.10.20, 07:36
DİNC ANIM MƏRASİMİ GECƏ SAATLARINADƏK DAVAM EDƏN QARŞIDURMA İLƏ ƏVƏZLƏNİB

Gunaz.tv
Prezidentliyə namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubinin minlərlə tərəfdarı iyunun 22-də qara paltar geyib əllərində şam Tehranın Həft-e Tir meydanında ötən şənbə qətlə yetirilənlərin anım mərasiminə qatılıb. Nümayişçilər aksiyanı sükut içində keçirsələr də, hökumət qüvvələrinin hücumuna məruz qalıblar. Son prezident seçkisinin rəsmi nəticələrinə görə ikinci yeri tutmuş Mirhüseyn Musəvi tərəfdarlarının Tehranda iyunun 20-də düzənlədiyi aksiya dağıdılarkən ən azı 19 nəfər həlak olub. Təsdiq edilməmiş məlumatlarda ölənlərin sayının 150-yə yaxın olduğu bildirilir. dünən saat 17-də qara libas geymiş minlərlə aksiyaçı Həft-e Tir meydanında toplaşaraq ölənlərin xatirəsini sükut içində anmaq üçün şam yandırıblar. Avtomobillər də işıqlarını yandıraraq aksiyaçılara dəstək verib. Məlumatda bildirilir ki, aksiyanın səssiz şəraitdə və sükut içində başlamasına baxmayaraq əvvəlcədən meydan və ətrafdakı küçələrdə nəzarəti öz əllərinə götürən hökumət qüvvələri, eləcə də mülki geyimli ETTELAAT əməkdaşları iştirakçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Dinc aksiya dağıdıldıqdan sonra qarşıdurmalar başlayıb və şəhərin müxtəlif küçə və meydanlarındakı gərginlik gecə saat 1-ə qədər davam edib. Seçkidəki saxtakarlıqlara və xalqa hərbi güc tətbiq edilməsinə etiraz bildirən vətəndaşlar son 10 gündə olduğu kimi gecə saat 10-da damlara çıxaraq yarım saat müddətinə “Allahu əkbər”, “Diktatora ölüm!”, “İslam hakimiyyətini istəmirik, istəmirik!”, “Xamneyiyə ölüm!” şüarları səsləndiriblər.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar