SON XƏBƏRLƏR

MEHDİ KƏRRUBİ KONSTİTUSİYAYA NƏZARƏT ŞURASINI SEÇKİNİN NƏTİCƏLƏRİNİ LƏĞV ETMƏYƏ ÇAĞIRDI

2021.10.20, 07:36
MEHDİ KƏRRUBİ KONSTİTUSİYAYA NƏZARƏT ŞURASINI SEÇKİNİN NƏTİCƏLƏRİNİ LƏĞV ETMƏYƏ ÇAĞIRDI

Gunaz.tv
12 iyun seçkisində İran prezidentliyinə namizəd olmuş Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudaiyə yazdığı məktubda vaxt itirmədən seçki nəticələrinin ləğvini tələb edib. Abbasəli Kədxudai iyunun 21-də İran Dövlət Televiziyasında çıxış edərək prezident seçkisindəki pozuntulardan danışıb. O, ölkənin 50 şəhərində qanun pozuntularına yol verildiyini, qutulara səsvermə hüququ olanların cəmindən əlavə bülleten salındığını deyib. O, qutulara 3 milyondan çox qanunsuz bülleten atıldığını bildirsə də, bu saxtakarlığın seçkinin elan edilmiş nəticəsinə təsir göstərmədiyini vurğulayıb. “Media forum” saytının məlumatına görə, Kərrubi qanun pozuntularına 50 yox, 170 şəhərdə yol verildiyini deyib: “Nəzarət Şurasının müşahidəçiləri bu böyük saxtakarlıqlar və qanun pozuntuları barədə seçki günü niyə hesabat verməyib? Şuranın belə açıq-aşkar qüsuru seçkinin nəticəsinin ləğvi üçün kifayət etmirmi?”. Kərrubi Nəzarət Şurasını xalqın səsinə hörmətlə yanaşmağa çağırıb: “Bütün bülleten sandıqları son 10 gündə Nəzarət Şurasının ixtiyarında olub. Şura bülletenlərlə istədiyini edib və son qərarı çıxarıb. Yaxşı olar ki, səslərin yenidən sayılması bəhanəsinə son qoyularaq vaxtı itirmədən seçkinin nəticəsi ləğv edilsin. Belədə həm xalq razı qalar, həm də ölkə üzləşdiyi böyük təhlükədən qurtarar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar