SON XƏBƏRLƏR

Sulduz gölündə "Xədang" canlısının varlığı qeydə alındı

2025.03.04, 18:52
Sulduz gölündə  "Xədang" canlısının varlığı qeydə alındı

Qərbi Azərbaycan əyalətində, Sulduz gölündə "Xədang" (Böyük su yırtıcısı) canlısının varlığı qeydə alınıb.

Gunaz.tv

Höccət Cabari, Qərbi Azərbaycan əyalətinin Ekologiya və Mühafizə İdarəsinin müdiri bildirib ki, bu yeni tapıntı ətraf mühit mütəxəssisləri və vəhşi təbiətə maraq göstərənlər tərəfindən aşkarlanıb.

O əlavə edib ki, Böyük Xədang, adətən İranın cənub və cənub-şərq bölgələrində müşahidə olunur və xüsusi bacarığı ilə siçanların populyasiyasını idarə etməsi və zəhərli ilanları ovlamaqla ekosistem üçün əhəmiyyətli rol oynayır.

Cabari bildirib ki, iqlim dəyişikliyi, əsas yaşayış yerlərində qida ehtiyatlarının azalması və bu növün yeni şəraitə yüksək uyğunlaşma qabiliyyəti, onun Sulduz gölündə mövcud olmasının səbəbləri arasında yer alır.

Qərbi Azərbaycan əyaləti, müxtəlif ekosistemlərə ev sahibliyi etməklə son illərdə yeni vəhşi təbiət canlılarının ev sahibinə çevrilib.

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar