SON XƏBƏRLƏR

Amerika İranın dəstəklədiyi husiləri terror təşkilatı kimi tanıyıb

2025.03.04, 20:00
Amerika İranın dəstəklədiyi husiləri terror təşkilatı kimi tanıyıb

Amerika husiləri xarici terror təşkilatı kimi tanıyıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xbər verir ki, bu barədə Amerika dövlət katibi Marko Rubio bildirib.

Rubio bildirib ki, Amerika Yəmənin Husi hərəkatını terror təşkilatı kimi tanıyır: “Bu gün Dövlət Departamenti prezident Donald Trampın vəzifəyə gəldikdən sonra verdiyi ilk vədlərdən birini yerinə yetirir. Mən Departamentin husiləri xarici terror təşkilatı kimi təyin etməsini məmnuniyyətlə elan edirəm”, - Rubio bildirib.

"Dövlət Departamentinin bugünkü addımı Tramp Administrasiyasının milli təhlükəsizlik maraqlarımızı, Amerika xalqının və Birləşmiş Ştatların təhlükəsizliyini qorumaq öhdəliyini nümayiş etdirir”, - o əlavə edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar