SON XƏBƏRLƏR

Keçmiş Amerika əsgərləri: İsrail İrana qarşı işi bitirməlidir

2025.03.05, 11:11
Keçmiş Amerika əsgərləri: İsrail İrana qarşı işi bitirməlidir

Amerikanın ehtiyatda olan bir qrup yüksək rütbəli hərbi komandiri İran rejiminin nüvə imkanları barədə xəbərdarlıq edərək, Amerika prezidenti Donald Trampı İsraili dəstəkləməyə çağırıb.

Gunaz.tv

"Amerikanın Yəhudi Milli Təhlükəsizlik İnstitutu" tərəfindən nəşr olunan və 77 təqaüdçü amerikalı general və admiralın imzası ilə yazılan məktubda deyilir ki, "İsrailin İran oxuna qarşı işi bitirməsinin vaxtı çatıb".

Fox News-un məlumatına görə, Amerika prezidentinin Konqresin birgə iclasındakı çıxışından bir neçə saat əvvəl dərc olunan məktubda nüvə silahına malik İranın Amerikanın milli təhlükəsizliyinə təhdid olacağı vurğulanıb.

Məktubu imzalayanlar “İranın bombaya doğru yürüşünü” dayandırmaq üçün çox vaxt qalmadığı barədə xəbərdarlıq edərək, İranın “nüvə həddini keçməsinə” icazə verilməməli olduğunu vurğulayıblar.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar