SON XƏBƏRLƏR

Ağ Evdə 28 il əvvəl keçirilmiş araşdırmalar "erməni soyqırımı"nın yalan olduğu isbat edib

2021.10.20, 07:36
Ağ Evdə 28 il əvvəl keçirilmiş araşdırmalar "erməni soyqırımı"nın yalan olduğu isbat edib

Gunaz.tv
Bunu sabiq ABŞ prezidenti Ronald Reyqanın müşaviri Bryus Fein qondarma erməni soyqırımı barədə verdiyi açıqlamada deyib “Ağ Evin keçirdiyi araşdırmalardan məlum olub ki, ermənilər 2 milyon müsəlman osmanlını öldürüb. Ermənilər öz arxivlərini açmırlar. Çünki bu həqiqətin meydana çıxmasını istəmirlər”. ANS PRESS, Türkiyənin “e-kolay.net” saytına istinadən xəbər verir ki, bunu Amerikanın sabiq prezidenti Ronald Reyqanın hüquq müşaviri işləmiş Bryus Fein qondarma erməni soyqırımı barədə verdiyi açıqlama zamanı deyib. O, Ronald Reyqanın prezident olduğu 1981-ci ildə bu mövzunun araşdırıldığını və sənədlərlə bu iddiaların yalan çıxdığını deyib: “Osmanlı imperatorluğunun etniklərə qarşı “müdhiş” sayıla biləcək bir diqqət göstərdiyi həqiqətini unutmamaq lazımdır. Etniklər öz dini azadlıqlarını və həyatlarını son dərəcə rahat bir şəkildə davam etdirirdilər”. Bryus Fein I Dünya müharibəsi zamanı ermənilərin ruslarla və fransızlarla hərbi əməkdaşlıq edərək Osmanlı imperiyasına xəyanət etdiyini deyib: “Erməni terror dəstələri I Dünya müharibəsində Fransa və Rusiya ilə birlikdə osmanlıları öldürüb. Bu rəqəmin 2 milyona yaxın olduğu həqiqətdir. Ermənilərin itkilərinin isə 500 minə yaxın olduğu artıq sənədlərlə isbat edilib. Amma əsas həqiqət budur ki, ermənilər Osmanlı imperiyasına xəyanət edib. Osmanlılar isə özlərini müdafiə ediblər”. Müşavir ermənilərin bu yalanlarla böyük gəlir əldə etdiyini, ABŞ rəhbərliyinin isə böyük pul dövriyyəsinə görə ermənilərlə üz-üzə gəlmək istəmədiyini bildirib: “Xüsusilə ABŞ-da yaşayan ermənilər qondarma soyqırımı iddiaları ilə yüksək məbləğdə gəlir əldə edirlər. Pul dövriyyəsi böyük olduğu üçün ABŞ rəsmiləri ermənilərlə qarşı-qarşıya qalmaq istəmir. Ermənilər isə öz arxivlərini açmamaqda inad edirlər. Çünki illərlə soyqırımı yalanı ilə əldə etdikləri gəliri itirmək istəmirlər. Arxivləri açsalar bütün həqiqətlər meydana çıxacaq”. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar