SON XƏBƏRLƏR

Tramp: Amerika "Qızıl Qübbə" raketdən müdafiə sistemi qurmalıdır

2025.03.05, 11:24
Tramp: Amerika "Qızıl Qübbə" raketdən müdafiə sistemi qurmalıdır

Amerika Prezidenti Donald Tramp “gələcəyin ən güclü ordusunu” qurmaq istədiyini açıqlayıb.

Gunaz.tv

“Mən Konqresdən vətənimizi qorumaq üçün Amerikada istehsal olunan ən müasir “Qızıl Qübbə” raketdən müdafiə sisteminin maliyyələşdirməsini xahiş edirəm. Ronald Reyqan bunu etmək istəyirdi, amma onda texnologiya sadəcə bu səviyyədə deyildi. İndi bunu edəcək texnologiyamız var”, - deyə, qeyd edib.

Amerika Prezidenti Konqresdəki çıxışında bu sistemin İsraildə olduğunu da vurğulayıb.

" Bizdə bu sistem olmalıdır. Çünki biz qorunmaq istəyirik. Biz müdafiə sənayesi bazamızı gücləndirib, vətəndaşlarımızı heç vaxt olmadığı qədər qoruyacağıq. Biz, həmçinin, Amerika gəmiqayırma sənayesini, o cümlədən kommersiya gəmiqayırma və hərbi gəmiqayırma sənayesini dirçəltmək niyyətindəyik”, - deyə Tramp əlavə edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar