SON XƏBƏRLƏR

Çin: Amerika müharibə istəyirsə, döyüşməyə hazırıq

2025.03.05, 11:27
Çin: Amerika müharibə istəyirsə, döyüşməyə hazırıq

“Amerika tarif, ticarət və ya digər xarakterli müharibə istəyirsə, biz son ana qədər döyüşməyə hazırıq”.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin “X” hesabında paylaşım edilib.

“Rəsmi Vaşinqton fentanil ətrafında yaranmış problemi həll etmək niyyətindədirsə, Çinlə bərabərhüquqlu əsaslarla məsləhətləşmələr aparmalıdır”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, bir müddət əvvəl Amerika tərəfi güclü ağrıkəsici təsirə malik olan fentanil preparatı da daxil olmaqla, Çindən idxal olunan bir sıra məhsullara 10-20 faiz intervalında rüsum tətbiq edəcəyini açıqlayıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar