SON XƏBƏRLƏR

Müsavat Partiyası Elçibəyin məzarını ziyarət edəcək

2021.10.20, 07:36
Müsavat Partiyası Elçibəyin məzarını ziyarət edəcək

Gunaz.tv
Partiyanın Divanı İrandakı divanın aradan qaldırılmasını tələb etdi Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Müzakirələrdə Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü münasibətilə iyun ayının 24-də saat 11-də Fəxri Xiyabanda onun məzarının ziyarət edilməsi qərara alınıb. Müsavat Partiyasının Divanı QHT, KİV və dini qurumlar haqqında qanunlara edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərə etiraz məqsədilə yaradılmış Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin təşkil etdiyi tədbirləri dəstəklədiyini bildirib. Divan qanunun bu şəkildə qəbul ediləcəyi təqdirdə bütün demokratik qüvvələrin hərəkat formasında birləşərək birgə mübarizə aparmalı olduğunu və bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsini məqsədəuyğun hesab edir. Divan hakimiyyətdən əsas insan azadlıqlarına hörmətlə yanaşmağı və bu azadlıqların məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərdən əl çəkməyi tələb edir. Divan qonşu İran dövlətində keçirilən son prezident seçkilərinin nəticəsindən narazılıqlarını bildirənlərə divan tutulmasını, dinc nümayişçilərin gülləbaran edilməsini, yüzlərlə insanın həbs edilməsini, öldürülməsini, yaralanmasını, ölkədə kütləvi informasiya vasitələrinə qadağalar qoyulmasını və söz azadlığının boğulmasını insan haqlarının pozulması hesab edir və bu cür halların aradan qaldırılmasını tələb edir. Sonda cari məsələlərə baxılıb. Pərvin ABBASOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar