SON XƏBƏRLƏR

İran adlanan yerdə Avropa ölkələrinin 5 vətəndaşı həbs edilib

2021.10.20, 07:36
İran adlanan yerdə Avropa ölkələrinin 5 vətəndaşı həbs edilib

Gunaz.tv
Üç Avropa ölkəsinin vətəndaşları casusluqda şübhəli bilinir İranın təhlükəsizlik qüvvələri üç Avrpa ölkəsinin 5 vətəndaşını casusluq şübhəsi ilə həbs edib. ANS PRESS, FARS agentliyinə istinadən xəbər verir ki, onlardan ikisi Almaniya, biri Böyük Britaniya, ikisi isə Fransa vətəndaşıdır. Onların hamısı Tehrandakı son iğtişaşlar zamanı həbs ediliblər və dasusluqda şübhəli bilinirlər. Digər təfərrüatlar hələlik açıqlanmayıb. Xatırladaq ki, Avropa Birliyi rəsmiləri ötən gün bəyan ediblər ki, İran rəhbərliyi bir sıra Avropa diplomatlarına İslam Respublikasının daxili işlərinə qarışmaları ilə bağlı etiraz bildirib. Avropa Birliyinə sədrlik edən Çexiyanın xarici işlər naziri Yan Koxautun sözlərinə görə, avropalı diplomatlar rəsmi Tehranın bu demarşını anlaya bilmir. Çünki onların fəaliyyəti yalnız İran hakimiyyətinin müxalifətçilərlə davranışından narahatlıq ifadə etməklə məhdudlaşır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar