SON XƏBƏRLƏR

Britaniya İrandan öz diplomatlarını çıxarır

2021.10.20, 07:36
Britaniya İrandan öz diplomatlarını çıxarır

Gunaz.tv
Səbəb kimi bu ölkədə vəziyyətin qeyri-sabit olması göstərilir Böyük Britaniya İranda vəziyyətin qeyri-sabit olması səbəbindən bu ölkədəki səfirliyinin yeddi əməkdaşının evakuasiya edilməsi barədə qərar qəbul edib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə bazar ertəsi Krallığın Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Bu ölkədə davam edən zorakılıq normal həyat sürə bilməyən vətəndaşlarımız üçün təhlükə yaradır. Bu səbəbdən vəziyyət sabitləşənədək biz onları İrandan çıxarırıq” - deyə nazirlik nümayəndəsi bildirib. İranda artıq iki həftədir ki, prezident seçkilərində məğlub olan Musəvi tərəfdarlarının etiraz aksiyaları davam edir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar