SON XƏBƏRLƏR

Cavad Jaləpsənd Ərdəbildə saxlanılıb

2025.03.05, 21:36
Cavad Jaləpsənd Ərdəbildə saxlanılıb

Cavad Jaləpsənd, Güney Azərbaycan Hərəkatı fəalı, bu gün, 5 mart 2025-ci il tarixində, İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) kəşfiyyat şöbəsi tərəfindən saxlanılıb və bir neçə saatlıq sorğudan sonra azad edilib.

Gunaz.tv

Təhlükəsizlik qüvvələri, 21 yaşlı bu Azərbaycanlı gəncin Yadigar İmam stadionundakı oyunlarda davamlı iştirakı və azərbaycanlılar üçün milli və etiraz şüarlarını izləyicilərə söyləməyi səbəbi ilə saxlanıldığını bildirib.

Son günlərdə, Azərbaycanın Təbriz futbol komandasının (Traxtur) azarkeşlərinə təzyiqlər artıb. Bu gün, 5 mart 2025-ci il, Ərdəbil şəhərində ən azı üç Traxtur azarkeşi sorğuya çəkilib, lakin təhlükəsizlik təzyiqləri səbəbi ilə öz adlarını açıqlamamaq qərarına gəliblər.

Şənbə günü, Ərdəbilli  Saman Bidar, Sepah tərəfindən saxlanılıb və Bidarın yaxınları, onun saxlanılmasının, Traktor azarkeşlərinin milli şüarlarını səsləndirməsinin qarşısını almağa çalışan təhlükəsizlik orqanlarının fəaliyyətinə qarşı çıxması ilə əlaqəli olduğunu düşündüklərini bildiriblər.

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar