SON XƏBƏRLƏR

İranda korrupsiyaya görə iki keçmiş nazir həbs edilib

2025.03.06, 10:33
İranda korrupsiyaya görə iki keçmiş nazir həbs edilib

İranın keçmiş iki naziri 3 milyard dollardan çox dövlət vəsaitinin sui-istifadəsi ilə bağlı korrupsiya işində təqsirli bilinərək həbs cəzasına məhkum ediliblər.

Gunaz.tv

İran mediasının məlumatına görə, bu barədə Tehran İslam İnqilab Məhkəməsinin Birinci Şöbəsi qərar qəbul edib.

Qərara görə, keçmiş kənd təsərrüfatı naziri Kazım Sadatinejad və keçmiş ticarət naziri Rza Fatimi Amin 2023-cü ildə çay qaçaqmalçılığı qalmaqalında iştiraklarından dolayı müvafiq olaraq iki il və bir il həbs cəzası alıblar.

İki keçmiş nazirə ilkin olaraq 5 il həbs cəzası verilib, lakin mövcud qanun və qaydalara uyğun olaraq müddətlər azaldılıb.

Bununla İranda 1979-cu ildə baş verən İnqilabdan sonra ilk dəfə yüksək rütbəli vəzifəlilər korrupsiyaya görə həbs ediliblər.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının 2024-cü ildə ölkələrin Korrupsiya İndeksi reytinqinin nəticələrinə əsasən İran 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar