SON XƏBƏRLƏR

Musəvi qanun qarşısında cavab verəcək

2021.10.20, 07:36
Musəvi qanun qarşısında cavab verəcək

Gunaz.tv
İran hakimiyyəti onun əhaliyə ünvanlanan çağırışlarını milli təhlükəsizlik üçün təhlükə kimi qiymətləndirir Yüksək vəzifəli İran siyasətçisi bazar ertəsi bəyan edib ki, prezident seçkilərində uduzan müxalifət lideri Mir Hüseyn Musəvi böyük ehtimalla əhalini etiraz aksiyalarına çağırdığına görə qanun qarşısında cavab verəcək. ANS PRESS-in “Reurets”ə istinadən verdiyi xəbərə görə, İranın hakim dairələri Musəvinin çağırışlarını milli təhlükəsizlik üçün təhlükə kimi qiymətləndirir. “Musəvi insanları qanunsuz etiraz aksiyalarına çağırıb və İranda sosial qeyri-sabitliyin yaranmasına səbəb olan təxribat mahiyyətli çıxışlar edib. Belə qanunsuz hərəkətlərin qarşısı alınmalıdır”, - deyə mənbə bildirib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar