SON XƏBƏRLƏR

Tehranda polisi müxalifətin aksiyasını dağıdıb

2021.10.20, 07:36
Tehranda polisi müxalifətin aksiyasını dağıdıb

Gunaz.tv
Paytaxt küçələrində atəş səslərinin eşdildiyi bildirilir İranda polis müxalifətin aksiyasına müdaxilə edib. Tehran küçələrindən atəş səslərinin eşdildiyi bildirilir. Şahidlərin dediyinə görə, ilk əvvəl polis gözyaşardıcı qazdan istifadə edib. Bunun ardınca isə atəş səsləri eşidilib. İranda baş verənləri iğtişaşların şahidi olan Tehran sakininin ANS-ə bildirdiyinə görə, aksiyaların keçirildiyi Həftipir meydanı havadan helikopterlərlə izlənilir. Artıq nümayişləri dağıtmaq üçün İran islam İnqilabı Keşikçiləri Korpusu cəlb olunub. İrandakı aksiyalar bu gün İrəvanda keçirilməli olan İran-ermənistan dəmiryolu xəttinin tikintisi üzrə işçi qrupunun iclasını da təxirə salıb. Xatırladaq ki, ölkə qanunları iğtişaşlar zamanı həyatlarını itirənlərə yas saxlamağı qadağan edir. Bu iğtişaşlarda öldürülənlərin meyitləri də ailələrinə verilmir. Yalnız şənbə toqquşmasında öldürülən 24 yaşlı Nidanın meyiti ailəsinə verilib, lakin onun üçün də yas saxlamaq qadağan edilib. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar