SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ VƏZİYYƏT SAKİTLƏŞMİR

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ VƏZİYYƏT SAKİTLƏŞMİR

Gunaz.tv
Mitingi dağıtmaq üçün gözyaşardıcı qaz və sudan istifadə olunub İran polisi paytaxt Tehranda keçirilən aksiyaları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Dövlət prokurorluğu isə mitinqçilərə polisin deyil, naməlum şəxslərin atəş açdığını bildirib. Böyük Britaniyanın öz diplomatlarını ölkədən çıxarması fonunda Avropa İttifaqına sədrlik edən Çexiyanın bu ölkələrdəki İran səfirlərini məsələyə aydınlıq gətirmək üçün çağrış etdiyi açıqlanıb. ABŞ prezidenti Barak Obama İrandakı hadisələrə dair mövqe açıqlamayacağını desə də, ondan fərqli olaraq İtaliya tərəfi iğtişaşlar zamanı yaralanmış müxalifətçilərə yardım üçün Tehranda səfirlik açmaq qərarına gəlib. İran parlamenti isə seçki ilə bağlı ABŞ və Avropa ölkələrinin müdaxilə siyasətini müzakirəyə çıxarıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar