SON XƏBƏRLƏR

KONSTİTUSİYAYA NƏZARƏT ŞURASININ SÖZÇÜSÜ QUTULARA 3 MİLYONDAN ÇOX QANUNSUZ BÜLLETEN ATILDIĞINI ETİRAF EDİB

2021.10.20, 07:36
KONSTİTUSİYAYA NƏZARƏT ŞURASININ SÖZÇÜSÜ QUTULARA 3 MİLYONDAN ÇOX QANUNSUZ BÜLLETEN ATILDIĞINI ETİRAF EDİB

Gunaz.tv
Abbasəli Kədxudai Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudai iyunun 21-də İran Dövlət Televiziyasında çıxış edərək prezident seçkisindəki pozuntulardan danışıb. O, ölkənin 50 şəhərində qanun pozuntularına yol verildiyini, qutulara səsvermə hüququ olanların cəmindən əlavə bülleten salındığını deyib. “Media forum” saytının məlumatına görə, Abbasəli Kədxudai qutulara 3 milyondan çox qanunsuz bülleten atıldığını bildirsə də, bu saxtakarlığın seçkinin elan edilmiş nəticəsinə təsir göstərmədiyini vurğulayıb. Prezident seçkisinə namizəd kimi qatılmış İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı Möhsün Rzayi isə ən azı 170 şəhərdə ciddi qanun pozuntusuna yol verildiyini, bəzi yerlərdə qutulara səsvermə hüququ olanların 140 faizi qədər bülleten salındığını deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar