SON XƏBƏRLƏR

İnquşetiyanın prezidenti ağır yaralanıb

2021.10.20, 07:36
İnquşetiyanın prezidenti ağır yaralanıb

Gunaz.tv
Yunus-Bek Yevkurov Moskvadan daxil olan xəbərlərdə Rusiyanın cənubundakı Şimali Qafqaz bölgəsində yerləşən İnquşetiya Respublikasının prezidenti Yunus-Bek Yevkurov ona sui-qəsd cəhdi nəticəsində yaralanıb. Onun vəziyyəti kritikdir. Yevkurovun avtomobil karvanı Nazran şəhərinin kənarında hərəkət edərkən yüksək sürətlə hərəkət edən intiharçı bombaçı maşınını prezidentin maşınına çırpıb. Məlumatlarda deyilir ki, Yevkurovun cangüdənlərindən biri həlak olub, onun qardaşı daxil digərlər bir neçə nəfər isə yaralanıb. İnquşetiya hökümətinin sədri Rəşid Qaizsanov prezident vəzifələrini icra edir. Yunus-Bek Yevkurov İnquşetiyada son üç həftə ərzində hücumlara məruz qalmış sayca üçüncü yüksək rütbəli rəsmi şəxsdir. Son məlumatlara görə, Yunus-Bek Yevkurovun vəziyyəti ciddi olduğundan onu Moskvada mülicə etmək qərarı çıxarılıb. Yaralanmış digər üç nəfər də xüsusi təyyarə ilə Moskvaya çatdırılacaq. Daxil olan məlutlara əsasən, Rusiyanın Federal Təhlükəsizlik Xidməti İnquşetiyanın Nazran rayonunda əks-terror əməliyyatına başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar