SON XƏBƏRLƏR

SOMALİDƏ FÖVQƏLADƏ VƏZİYYƏT

2021.10.20, 07:36
SOMALİDƏ FÖVQƏLADƏ VƏZİYYƏT

Gunaz.tv
Qiyamçıların hücumları hələ də davam edir Somali prezidenti Şeyx Şərif Əhməd ölkədə fövqəladə vəziyyət elan edib. Paytaxt Moqadişoda qiyamçıların hücumlarının nəticələrini nəzarətə alan dövlət başçısı ölkənin bundan sonra məhz xüsusi vəziyyətdə idarə olunacağını ifadə edib. Onun sözlərinə görə, radikal dinçi qiyamçılar ölkədə mayın 7-dən başlayan hücumlarını hələ də davam etdirir və bu hücumların qurbanları arasında 3 nazir, eləcə də hökumətin yüksək çinli məmurlarının olması vəziyyətin gərginliyindən xəbər verir. Qeyd edək ki, fövqəladə vəziyyət parlamentin qərarı təsdiqindən sonra tətbiq olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar