SON XƏBƏRLƏR

Çinin xarici işlər naziri ABŞ tariflərini tənqid edib

2025.03.07, 11:32
Çinin xarici işlər naziri ABŞ tariflərini tənqid edib

Heç bir ölkə Çini sıxışdıra biləcəyini və eyni zamanda Çinlə yaxşı münasibət saxlaya biləcəyini xəyal etməməlidir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ ölkənin illik parlament iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

"Bu cür ikiüzlü hərəkətlər ikitərəfli münasibətlərin sabitliyi və ya qarşılıqlı etimadın qurulması üçün yaxşı deyil”, - nazir qeyd edib.

Qeyd edək ki, Amerika Prezidenti Donald Trampın yanvar ayında vəzifəyə qayıtmasından sonra iki ölkə yenidən cavab rüsumları tətbiq etməyə başlayıb. Amerika bütün Çin idxalının 20%-nə bərabər tariflər tətbiq edib. Pekin isə toyuq, donuz əti, soya və mal əti də daxil olmaqla Amerika idxalına əlavə 15% rüsum tətbiq edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar