SON XƏBƏRLƏR

Amerikanın maliyyə naziri: Rusiyaya qarşı yeni sanksiyalara tərəddüdsüz hazırıq

2025.03.07, 11:45
Amerikanın maliyyə naziri: Rusiyaya qarşı yeni sanksiyalara tərəddüdsüz hazırıq

Amerika Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyişə nail olmaq üçün zəruri olacağı təqdirdə tərəddüd etmədən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olacaq.

Gunaz.tv

Bunu Amerikanın Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent deyib.

“Hazırkı administrasiya sanksiyaları saxladı və əgər bu, sülh danışıqlarına təsir göstərməyə kömək edərsə, heç bir şeydən çəkinməyəcək”, - o deyib. Nazir bildirib ki, Amerika Prezidenti Donald Trampın göstərişi ilə dərhal, maksimum effekt əldə etmək üçün sanksiyalardan açıq və aqressiv şəkildə istifadə olunacaq”.

Bessentin sözlərinə görə, Amerika sanksiyaların nəzərdə tutulan məqsədlərinə çatmasını təmin etmək üçün tətbiq olunan məhdudiyyətləri diqqətlə izləyəcək.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar